Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video

Hindistanın Uttar Pradeş ştatında yerləşən Əliqarh şəhərindəki məktəblərdən birində qeyri-adi anlar yaşanıb.

Bizimyol.info xəbər verir ki, "haberglobal"ın verdiyi məlumata görə, yemək axtaran bəbir məktəbə girib.

Məktəbin sinif otağında heyvanı görən 10 yaşlı Lucky Raj Sinqx qaçmağa çalışarkən bəbirin hücumuna məruz qalıb. Sinqx hadisədən yüngül xəsarətlərlə xilas olub və xəstəxanaya aparılıb. Sinq: "Sinifə girəndə gördüm ki, orada bəbir var. Mən arxaya çevrilən kimi heyvan hücum edərək qolumdan və kürəyimdən dişlədi və qaçaraq sinif otağından çıxdı", - deyə xəstəxanada müalicə alan məktəbli bildirib.

Hadisədən sonra bəbir sinif otaqlarından birinə girib, məktəb işçiləri qapını bağlayaraq onun çıxmasına mane olublar. Məktəb rəhbərliyi xilasedicilərə məlumat veriblər. Saatlarla çəkən çalışmalardan sonra bəbir məktəbdən çıxarılıb.

Təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə bəbir boş sinifdə dolaşmağa başlayıb. Bir müddət sonra bağlı qaldığını bilərək səslər çıxarır və stulların arasına gizlənməyə çalışdığı görülüb.

Mütəxəssislər bəbirin yaxınlıqdakı meşəlikdən gəldiyini, yem axtardığını söyləyiblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »