Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BƏƏ Qızıl Yubiley qeyd edir
BƏƏ Qızıl Yubiley qeyd edir

Dekabr 2, 2021-ci il tarixdə BƏƏ dövlətinin təsis edilməsinin 50 illik yubileyi qeyd edilir.

Qızıl Yubiley növbəti 50 il üçün milli strategiyanın başlanğıcının müjdəçisidir və davamlı inkişaf, millətin unikal rəqabətliliyinin gücləndirilməsi və qlobal açıq iqtisadiyyat erasına dəstək verir.

Əlli İlliyin Layihələri- bu layihələr rəqəmsal iqtisadiyyata, süni intellekt və dördüncü sənaye inqilabı kimi sektorlara investisiya qoyuluşuna stimul verir. Bu layihələr çərçivəsində Qızıl Viza, Yaşıl Viza kimi fürsətləri təqdim etmişdir.

BƏƏ Qızıl Yubiley qeyd edir

Davamlı iqtisadi inkişaf naminə BƏƏ innovativ həllər də irəli sürmüşdür . BƏƏ hazırda dünyanın ən böyük 3 günəş stansiyasına sahibdir. Bərpaolunan enerjiyə 163 mlrd ABŞ dolları məbləğində sərmayə ilə 2050-ci ilə kimi sıfr emissiya strateji təşəbbüsü irəli sürmüşdür.

İnsan haqları sahəsində də BƏƏ proqressivdir. Yeni əmək qanunu qəbul edilmişdir ki, bu, özəl sektor işçilərinin qorunmasının genişlənməsi məqsədi güdür. Oktyabr ayında BƏƏ 2022-2024-cü illər üçün BMT İnsan Haqları Şurasına üzvlük qazandı.

2020 BMT İP Gender Bərabərliyi İndeksində BƏƏ Ərəb dünyasında birinci və dünya üzrə 18-ci yeri tutdu. Qadınlar Federal Milli Şuranın 50%ni təşkil edir. Kosmos sahəsində BƏƏ Mars missiyasında 34% qadınlardır.

BƏƏ beynəlxalq ictimaiyyətin üzvü kimi də fəal rolunu möhkəmlədir. BƏƏ "Birlikdə daha güclü" şüarı altında BMT TŞ-in üzvü seçilərək, dövrümüzün bəzi çətin məsələləri ilə bağlı konstruktiv tərəfdaş olacaq.

BƏƏ digər ölkələrlə ikitərəfli dostluq münasibətlərinə böyük əhəmiyyət verir. Azərbaycan elə bir ölkədir ki, biz ümumi dəyərləri bölüşürük, əməkdaşlığın genişləndirilməsi üçün geniş iqtisadi potensiala malikik və bu, ölkələrimizin rəhbərliyinin güclü iradəsinə əsaslanır.

BƏƏ yeni nailiyyətlərə möhkəm inamla gələcəyə doğru irəliləyir.

Bizimyol.info

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »