Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Estoniya Respublikasının xarici işlər naziri Eva-Mariya Liimets ilə görüşüb.

"Bizimyol.info" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Ceyhun Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən regionda nəqliyyat kommunikasiyaların açılması ilə bağlı Azərbaycan tərəfindən görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. O, beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistanla münasibətlərin normallaşmasının mümkün olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq platformalarda, habelə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğu qeyd edilib.

Tərəflər ölkələrimiz arasında siyasi dialoqun davamlılığı, iqtisadi-ticarət sahələrində mövcud potensiala uyğun olaraq əlaqələrin inkişafının vacibliyi, o cümlədən ölkələrimiz arasında iqtisadi, yaşıl enerji, yüksək texnologiyalar, təhsil, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə, o cümlədən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb. Tərəflər bu xüsusda Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Qarşı tərəf Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın, daha da genişləndirilməsi və dərinləşdirilməsinin böyük əhəmiyyətini vurğulayıb.

Görüşdə tərəflər habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş »
››› Bürclərin geyim zövqü: Kim necə geyinməyə üstünlük verir...
››› Emin Əmrullayevin Misir Mərdanovdan fərqi: Örtülü bazardan açıq bazara keçid
››› "Onlar bu addımı çarəsizlikdən atırlar" - Həyatımız necə zəhərə çevrilir
››› "Gözü ilə görmüş olsa da, sübut edə bilmədi" - Azərbaycanda təhlükəli biznes növü
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
Son xəbərlər
Bütün xəbərlər »