Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“iPhone” telefonlarına maraq azalıb
“iPhone” telefonlarına maraq azalıb
“iPhone” illərdir telefon bazarında sanballı yerini qoruyur. Amma Qərb mətbuatı məşhur markaya marağın azaldığını yazır. “Apple” yeni telefonların istehsalı üçün komponentlərin sifarişlərindən imtina etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, mətbuat hər yeni nəsil cihazın bazara çox gec çıxmasının müştəriləri narazı saldığını yazır. Onlar uzun müddət gözləmək istəmirlər. Üstəlik, yeniliklərin nəzərəçarpan dərəcədə olmaması müştərilərə yaxşı təsir göstərmir. Məsələn, “iPhone 13” məhz belə təəssürat yaradıb. Yeniliklər olacaqsa, bunun əvəzinə “iPhone 14” almağı düşünənlər daha çoxdur. Yəni köhnə versiyanın az qala təkrarı olan cihaza əksəriyyə böyük məbləğ vermək istəmir.

Pandemiya da “Apple” şirkətinin məhsullarına marağı azaldıb. Bundan başqa, inflyasiya da sözünü deyib. Üstəlik, Asiya bazarına göndərilən telefonların sayı azaldılıb. “Apple” ilin sonuna qədər azı 10 milyon cihaz az istehsal etmək qərarına gəlib. Hadisələrin gedişi azalmanın davam edəcəyindən xəbər verir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »