Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Putini qardaş adlandırıb
Lukaşenko Putini qardaş adlandırıb

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya dövlətinin başçısı Vladimir Putin qardaşdı adlandırıb və dünyaya eyni şəkildə baxırlar.

Bizimyol.info xəbər verir ki, bunu Aleksandr Lukaşenko "RİA Novosti" agentliyinə müsahibəsində deyib.

"Deyə bilərəm ki, Vladimir Putin məni dostdan artıq hesab edir, biz qardaşıq. Amma ciddi desəm, nəyin ortaq olduğunu bilirsinizmi? Biz bu dünyanı eyni gözlə görürük", - deyə o bildirib.

“Biz bunların hamısını beynimizdə həzm edə, fırlada, döndərə bilirik, bəzən tamamilə eyni olmayan nəticələr çıxara bilərik, fərqli hərəkətlərimiz ola bilər, amma gözümüz bu dünyanı eyni şəkildə görür. Mən buna xüsusilə son zamanlar əmin oldum. Biz həqiqətən də bəzi şeyləri çox dərindən nəzərdən keçiririk və görürəm ki, biz bunlara bir gözlə baxırıq, çox səmimi münasibətlərimiz var", - deyə Belarus prezidenti bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »