Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: İrəvanla Bakı arasında mübahisəli məsələlər Moskvanın diqqət mərkəzindədir
Lavrov: İrəvanla Bakı arasında mübahisəli məsələlər Moskvanın diqqət mərkəzindədir

"Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin dayanıqlı həlli yollarının axtarışı Rusiyanın diqqət mərkəzindədir".

Bizimyol.info Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nazir Sergey Lavrov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında hökumət saatı zamanı bildirib.

"Rusiya bu cür böhranların həllinə konkret töhfə verir. Bu, terrorçuları məğlub etmək və Suriyada siyasi dialoqu təşviq etmək səylərimizdir. Dağlıq Qarabağda qan tökülməsinin dayandırılmasında və Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həllinin tapılmasında əsas rol oynayır", - deyə nazir bildirib.

"2020-ci il sentyabrın sonunda Dağlıq Qarabağda uzunmüddətli münaqişənin davamına çevrilmiş və mülki əhali arasında itkilərə səbəb olan hərbi əməliyyatlar yenidən başlayıb. Tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd etdilər, lakin noyabrın 10-na keçən gecə əldə olunan üçtərəfli razılaşma uğurlu olub.

Moskvanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan öz mövqelərində qalaraq atəşi tamamilə dayandırmaq, əsir və ölənlərin cəsədlərini dəyişdirmək barədə razılığa gəliblər. Bundan başqa, Kəlbəcər və Laçın rayonları, eləcə də müharibələrarası dövrdə tanınmamış Ağdam rayonunun bir hissəsi Bakıya qaytarıldı. Rusiya sülhməramlıları bölgədə, o cümlədən Laçın dəhlizində yerləşdirilib", - deyə Lavrov bildirib.

Qeyd:  XİN rəhbəri bununla bölgədə Rusiyanın nəzarətindən kənar heç bir hadisənin baş verə bilməyəcəyinə işarə edib. Hətta hər iki dövlətin Rusiyanın müdaxiləsi olmadan sulhə razılaşa bilmədiklərini diqqətə çatdırıb. Amma diplomat o razılaşmaların pozulmasında hansı "gizli əlin" olduğunu deməyib. Çünki diplomatiya həm də, elə olanları öz xeyrinə çevirmək üçündür.

Paylaş »
››› "Cütlüklərə zəng edirlər ki, boşanın, sizi evlə təmin edək" - "Qaçqınkom"-da nə baş verir...
››› Zelenski xalqa müraciət edib: "...Qaçmağa başqa yerimiz yoxdur"
››› Qazaxıstan XİN Tokayevin "xəbərdarlıq etmədən güllələmək" əmrini açıqlayıb
››› 67 ildir yuyunmur, ölü heyvan əti ilə qidalanır, amma tam sağlamdır - Foto
››› "Rusiya sovet hökümətinin varisidirsə, bu hadisə ilə də üzləşməli idi"
››› 20 Yanvar və Çin...
››› Yanvarın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »