Prinston və Vaşinqton Universitetlərinin tədqiqat qrupları tərəfindən Ultra kompakt optik cihaz hazırlanıb.
Bizimyol.info xəbər verir ki, yeni kamera super kiçik robotlara ətraflarını hiss etməyə və hətta həkimlərə insan orqanizmindəki problemləri görməyə kömək edə bilər.
Kompüter mütəxəssisi Ethan Tseng və onun həmkarları tərəfindən hazırlanmış kiçik kamera, işığın davranışını modulyasiya edə bilən, hər biri tək HİV virusunun ölçüsü olan 1,6 milyon silindrik dirəklə bəzədilmiş xüsusi metasəthə əsaslanır. 0,5 millimetr enində səthdə olan dirəklərin hər biri onun antena kimi işləməsinə imkan verir.
Kiçik cihaz, tam rəngli, yüksək keyfiyyətli şəkillər təqdim edir. Kamera təbii işıqda da yaxşı işləyir.
Komanda, indi həm görüntü keyfiyyətini daha da yaxşılaşdırmaq, həm də praktik tətbiqlər üçün faydalı ola biləcək obyekt aşkarlama kimi şeyləri daxil etmək üçün kameraya hesablama imkanları əlavə etmək üzərində işləyir.
Leyla, Bizimyol.info