Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müəmmalara “qara qutu” aydınlıq gətirəcək...
Müəmmalara “qara qutu” aydınlıq gətirəcək...

1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycanın vəzifəli və tanınmış şəxslərinin olduğu hərbi helikopter düşmən Ermənistan (?) silahlıları tərəfindən vurulmuşdu.

Hadisənin miqyası Azərbaycan üçün çox ağır olsa da, bilirdik ki, helikopterimizi düşmən vurub. Onu da bilirik ki, düşmənimiz təkcə ermənilər deyil. Aydın mətləblərdən biri də o idi ki, ərazimizi işğal etmək üçün bizimlə müharibə aparan ermənilərin Rusiya kimi HAVAdarları vardı. Elə indi də onlar var.

Noyabrın 30-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda qəzaya uğradı. Yenə də Azərbaycan üçün çox ağır nəticələndi, 14 hərbçimiz həlak oldu, ikisi xəsarətlər aldı. Üç gün əvvəl baş vermiş qəzanın müəmmaları hər kəsdə suallar doğurur. Çünki hadisə barədə ətraflı məlumat verən yoxdur. Hər kəs bildiyi ya da bildiyini gizlədə biləcəyi qədər danışa bilir. Məsələn, səlahiyyətli şəxslər deyir ki, hava şəraiti uçuş üçün məqbul olub. Helikopterdə artıq yük olmayıb. Maşının texniki vəziyyəti yoxlanılıb və nasazlıq qeydə alınmayıb.

Hərbi ekspert Üzeyir Cəfərov hətta bir az emosional tərzdə: “Mən tam məsuliyyətimlə deyirəm ki, helikopter qəzasında təxribat olmayıb. Əgər təxribat olarsa...”, - deyə təxribatı istisna edir.

Hadisə zamanı xəsarət almış polkovnik də deyib ki, qəza zamanı kənar müdaxilə və ya partlayış hiss olunmayıb. Hadisə zamanı təlimlərə start verilməyib.

General-polkovnik Elçin Quliyev də baş vermiş qəza ilə bağlı danışarkən: “Dəqiq onu deyə bilərik ki, hər hansı kənar təsirdən söhbət gedə bilməz”,- deyə bildirib.

Yəni bütün şərait helikopterin qəzaya uğramamasına uyğun olub.

Məhşur deyimdəki kimi: “Sən vurmadın, mən yıxılmadım, bəs mənə nə oldu?”. Bəs qəzaya səbəb nə olub ki, heç kim bunu səsləndirməyə cəsarət etmir.

İndi hadisənin səbəbinə aydınlıq gətirilməsi üçün bütün ümidlər “qara qutu”dan çıxacaq "aydın" xəbərə qalıb. Mən də hamı kimi düşünürəm ki, görəsən, “qara qutu”dakı məlumatlar ölkə ictimaiyyətinə aydın şəkildə çatdırılacaq? Yoxsa, onu da “ruscadan” tərcümə edəcəklər?

“Qara qutu”, Baş Prokurorluğa verilib. Ümid edirik ki, “Qaraheybət”də baş verən qəzanın araşdırılması üçün götürülən “qara qutu”nun taleyi də “Qarakənd” dəki kimi qaranlıq olmaz!

Qadir Həzi, Bizimyol.info

Paylaş »
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
››› Sərnişin maska ​​taxmadığına görə, təyyarə yarı yoldan geri dönüb
Son xəbərlər
Bütün xəbərlər »