Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun yeni ştammı sürətlə yayılır
Koronavirusun yeni ştammı sürətlə yayılır
Bütün dünyanı təsiri altına alan Omikron kabusu davam edir.

Bizimyol.info xəbər verir ki, İngiltərə, Almaniya və Hollandiya kimi Avropa ölkələrindən sonra ABŞ-dan daha bir bəd xəbər gəlib. Belə ki, Omicron koronavirusu ABŞ-ın Kaliforniya ştatında yaşayan bir vətəndaşda aşkar edilib. Bildirilib ki, karantinə alınan xəstə tam peyvənd olunuş şəxdir və vəziyyəti yaxşılaşmağa doğru gedir.

Bundan əlavə olaraq, Birləşmiş Ərəb Əmirliklərində də (BƏƏ) 1 nəfərdə yeni mutasiya növü olan Omicron koronovirusunun aşkar edildiyi açıqlanıb.

Cənubi Afrikadakı rəsmi açıqlamalara görə, son iki həftədə yoluxmaların sayında 403 faiz artım var. Cənubi Afrika rəsmiləri bildirirlər ki, hətta dünən və bu günə olan yoluxmalar arasında böyük fərqlər var və hətta ikiqat artım müşahidə edilir.

Mütəxəssislər, yeni variantın sürətlə dünyada dominant ştamm halına gəldiyini və onun ilk hallarının 20-dən çox ölkədə aşkar edildiyini bildirirlər.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »