Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bir müddət sonra külli miqdarda pul itirdiyinizin fərqində olursunuz”
“Bir müddət sonra külli miqdarda pul itirdiyinizin fərqində olursunuz”

Son zamanlar en çox yayılmış fırıldaq növü məhz piramida tipli pul qazanmağa söz verən şirkətlərdi. Artıq yeni online səviyyəyə keçid etmiş bu dələduz sistemlər guya diğər ölkədən idarə edirmiş kimi paypal və diğər online hesablarla pul gazanamağı insanlara vəd edirlər.

İT mütəxəssisi Səkinə İlqarqızı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu şirkətlər əsasən rus dilində bilik səviyyəsi olan insanlarla ünsiyyətə keçirlər və etimad qazanaraq “şirkətlərini” inkişaf etdirməyə başlayırlar.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Online piramidalara şəbəkə piramidaları deyilir . Piramida sxemləri bəzi əmanətçilərin pulunu digərlərinin pulundan ödəyir. Yeni investorlar gəlmədikdə, ödəmək üçün heç bir vəsait olmur, piramidalar yanır və onların iştirakçıları yatırdıqları pullarını itirirlər. Şəbəkə piramidaları ona görə fərqlənir ki, əmanətçilər öz gəlirlərini kəsdikləri kasıb adamlar axtarırlar. Bunlar başqalarını axtarır, başqaları-başqalarını və s. Piramidanın dağılmaması üçün yeni üzvlər tapmaqda çətinlik çəkən bütün ianəçilər şəbəkəsi yaranır. Buna görə belə piramidalar adi piramidalardan daha dayanıqlıdır və çox vaxt aylarla deyil, illər ərzində davam edir. Amma hələ də piramida olduğu üçün belə şirkətlərin sonu gec ya tez gəlir. Şəbəkə biznesi hərhansı digər iqtisadi qanunlara tabe deyil. İstənilən biznes isə çoxlu sayda istehlakçı hesabına inkişaf edir. Yəni, pul qazanmağa gələnlərin hesabına yox, səninlə xərcləmək istəyənlərin hesabına”.

Mütəxəssisin bildirir ki, əgər əsas dövriyyə partnyorların (sistem iştirakçılarının) alışlarından yaranıbsa, bu, gizli maliyyə piramidasıdır. Axı onların çoxu məhsulu istifadə etmək istədiyi üçün almır. Sadəcə olaraq satınalma gəlir əldə etmək üçün ilkin şərtdir.

“Klassik bir piramida sxemində qazanc əldə etmək üçün sadəcə pul yatırmaq lazımdır. Pul qazanmaq üçün isə məhsulu alacaq başqalarını da dəvət etməlisiniz. Və onlar, öz növbəsində, yüksək gəlir vəd ediləcək yenilərini dəvət etməli olacaqlar”.

Səkinə İlqarqızının sözlərinə görə, bu şəbəkələrdə nə qədər ki, yeni gələnlər axını var, gəlir də var.

“Online piramidalar əvvəl-əvvəl sizinlə sözləşdiyi kimi vəd etdiyi qazancları vaxtı-vaxtında hesablara geri qaytarır, lakin zaman keçdikdə ödənişlər gecikməyə başlayır və bir müddət sonra külli miqdarda pul itirdiyinizin fərqində olursuz və bu səbəbdən pullarınzı qaytarmaq üçün yeni yatırım etməyə məcbur qalırsınız. Online hesablarınızdan ödədiyiniz məbləğlər sizin tərəfinizdən şəxsən olunduğuna görə heç bir cinayət məsuliyyətinə cəlb olunmur. Bu səbəbdən bir insanın piramidadan şikayət etməsi ciddi araşdırmaların başlanmasına səbəb sayılmır”.

Ekspertin qeyd edir ki, son zamanlar ölkəmizdə aldanaraq piramida şəbəkəsinə pul yatıran insanlar heç də az deyil. Bir neçə şəbəkə ifşa olunsa da, diğərləri fəaliyyətini hələ də davam etməkdədir.

“Vətəndaşlara tək tövsiyyəm heç bir online oyunlara və online ödəniş sistemləri ilə qazanc vəd edən iş yerlərinə inanmasınlar. Ən çox işsiz, orta yaşlı insanlar, evdar xanımlar və əziyyət olmadan qazanmağa meyilli olan insanlar şəbəkə piramidalarının qurbanları olurlar.

Şəbəkə piramidaları aşkarlanıb və iş prinsipləri araşdırılsa da, itirilən pulları geri qaytarmaq heç də mümkün olmur, bu tip sistemlərin qurucuları ofşor hesablardan istifadə edirlər”.

Leyla Mirzə, Bizimyol,info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »