Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvilinin növbəti məhkəmədə iştirakına icazə verilib
Saakaşvilinin növbəti məhkəmədə iştirakına icazə verilib

Gürcüstanın sabiq prezidenti, həbsdə olan Mixail Saakaşvili bu gün ikinci dəfə məhkəmə iclasına buraxılıb.

Bizimyol.info xəbər verir ki, o, Qori xəstəxanasından aparılıb, görüntülər müxalifət televiziyaları tərəfindən yayımlanıb.

Tbilisi şəhər məhkəməsi bu gün Saakaşvilinin dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işinə baxmağa davam edəcək. Bu iş üzrə ilk iclas noyabrın 15-də baş tutub. Daha sonra Saakaşvili prosesə buraxılmayıb.

Siyasətçinin ilk ictimaiyyət qarşısında çıxışı bazar ertəsi, onun başqa bir cinayət iş üzrə məhkəm prosesi keçirilən zaman baş tutmuşdu. Saakaşvili həmin prosesdə təxminən saat yarım çıxış edib.

Vəkillər ümid edirlər ki, Saakaşvilinin növbəti çıxışına icazə veriləcək. Görüş yerli vaxtla saat 11.00-da başlayacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »