Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Belarusun yeni konstitusiyasını özü yazıb
Lukaşenko Belarusun yeni konstitusiyasını özü yazıb

Minsk yeni konstitusiya layihəsini Yeni ilə qədər dərc etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko "RİA Novosti"yə müsahibəsində bildirib.

"Konstitusiya - mən özüm yazdım. Mən diktə etdim, hüquqşünaslar qələmə aldılar. Çünki gördüm ki, prezidentə ölkəni saxlamaq üçün hansı səlahiyyətlərin lazım olduğunu mən hamıdan yaşı bilirəm. İndi biz onu bu ay ərzində dərc edəcəyik. Müharibə başlamazsa 20 fevral 2022-ci ildə yeni konstitusiya üzrə referendum keçirilə bilər. Yenə də biz insanlardan təkliflər almaq istəyirik. Fevralın 20-nə qədr birlikdə düşünüb qərar verməliyik ki, dəyişikliklər indiki konstitusiyaya görə, bizim üçün nə qədər əlverişlidir və ya hansı daha yaxşıdır. Bundan sonra konstitusiyaya dəyişikliyi referenduma çıxaraq", - deyə ölkə başçısı bildirib.

Bəli, mən bu yaxınlarda dedim ki, bu qrafiklə gedəcəyik. Və biz mütləq referendum keçirəcəyik. Fövqəladə bir vəziyyət yaranmasa, belə bir halın gözlənilməsi də fantaziya olar, biz bunu edəcəyik. Ona görə də düşünürəm ki, fevralda planlaşdırdığımız kimi qrafikə uyğun olaraq referendum həyata keçirə biləcəyik”, - Belarus prezidenti bildirib.

Lukaşenko vurğulayıb ki, səlahiyyətlərin yenidən bölüşdürülməsi və yeni güc strukturunun yaradılması yeni konstitusiyanın əsasını təşkil edir, lakin təkcə bununla da kifayətlənmir.

Prezidentin sözlərinə görə, sənəddə hökumət və parlamentin rolunun gücləndirilməsi, həmçinin ilk dəfə 1990-cı illərdə saxlanılan Ümum Belarus Assambleyasının yaranması nəzərə alınacaq.

"Orada ən aktual, əsas məsələlər müzakirə olunur. Əgər Ümum Belarus Xalq Məclisi bunu belə müəyyən edibsə, bütün ölkə ona əməl etməlidir. Prezident də. Bu, prezidentin qərarı olsa da, konstitusiya ilə də təsbit olunsun”, - deyə respublika rəhbəri bildirib.

Eyni zamanda, o qeyd edib ki, yeni konstitusiya prezident səlahiyyətlərini daha da artıracaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »