Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp yenidən prezidentliyə namizəd olacağını deyib
Tramp yenidən prezidentliyə namizəd olacağını deyib

Tramp uduzduğu 3 noyabr seçkilərində saxtakarlıq olduğuna və səslərin oğurlandığına dair iddialarını təkrarlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, peyvəndlə bağlı Britaniyanın "GB News" kanalına verdiyi müsahibədə bildirib.

Seçkidən 3 gün sonra Konqres qarşısında mitinq keçirməyin səhv olub-olmaması ilə bağlı suala Tramp: "Qiyam oldusa, seçki günü 3 noyabrda oldu. Mənə görə o, üsyan, 6 yanvar isə etiraz idi”, - deyib.

“Təəssüf ki, bəzi pis şeylər baş verdi. İzdihamın çox olacağını bilirdim, çünki seçki saxtakarlığına görə qəzəbdən xəbərdar idim və mən bunu hamıdan yaxşı başa düşürdüm”, - deyən Tramp 10.000 milli qvardiyanın və hətta ordunun Konqresin ətrafında yerləşdirilməsini istədiyini bildirib.

ABŞ-ın keçmiş prezidenti təhlükəsizlik tələbinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən rədd edildiyini qeyd edib.

Tramp 2024-cü ildə yenidən prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı suala "Ölkəni sevirsənsə, başqa seçimin yoxdur", - deyib.

Ölkəsini sevdiyini və onu görünməmiş bir səviyyəyə çatdırdığını deyən Tramp, yeni növ koronavirus (Kovid-19) peyvəndlərinin tapılmasını da onun komandasının uğuru olduğunu vurğulayaraq: “Onlar peyvəndin kəşfinin 12 il çəkəcəyini gözləyirdilər. Və hamı belə tezliklə lazımı nəticə alınacağını gözləmirdi, lakin biz inanılmaz nəticələrə nail olduq. Biz heyrətamiz bir iş gördük”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »