Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"OPEC+"ın texniki komitəsi bu il üçün neftə gündəlik tələbat proqnozunu 5,65 mln. barelə endirib
"OPEC+"ın texniki komitəsi bu il üçün neftə gündəlik tələbat proqnozunu 5,65 mln. barelə endirib

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin texniki komitəsi omikron ştammının neft tələbatına təsirinin qiymətləndirməsini yeni ştammın ciddiliyi aydınlaşdıqdan sonra – yəni iki həftə sonra keçirməyi təklif edib.

"APA-Economics"in məlumatına görə, bu barədə "OPEC+"ın məruzəsində deyilir.

"OPEC+" texniki komitəsi neft ehtiyatlarının satışının neft bazarına təsirini mülayim qiymətləndirib.

Bundan başqa, komitə 2021-ci il üçün gündəlik tələbat proqnozunu 5,65 mln. barelədək azaldıb, 2022-ci il üçün isə 4,15 mln. barel səviyyəsində saxlayıb.

"OPEC+" 2022-ci ildə 1,7 mln. barel həcmində ehtiyatların satışını nəzərə alaraq neft profisiti gözləyir, martda gündəlik profisit 3,8 mln. barelə çata bilər.

Son xəbərlər
Bütün xəbərlər »