Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO baş katibi: "Rusiyanın istənilən aqressiv hücumu ona baha başa gələcək"
NATO baş katibi: "Rusiyanın istənilən aqressiv hücumu ona baha başa gələcək"

“Ukrayna beynəlxalq səviyyədə sərhədləri tanınan müstəqil suveren bir ölkədir. Bu ölkənin sərhədlərinə hörmət olunmalıdır. Bu o deməkdir ki, Krım və Donbas da Ukraynanın tərkib hissələridir. Yəni, "NATO-nun suveren ölkəni dəstəkləməsi provakasiyadır" anlayışı tamamilə yanlışdır. Bu, suveren Ukrayna xalqının seçimidir və ona hörmət olunmalıdır”.

APA-nın xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Riqada keçirilən NATO ölkələri XİN başçılarının sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyanın təsir sahəsi anlayışı, öz qonşularına nə etmək və etməməklə bağlı qərar vermə hüququ qəbuledilməzdir: “NATO müdafiə xarakterlidir, heç kimə hücum etmir və xalqların seçiminə hörmət edir. Ukraynanın nə zaman NATO-ya üzv olacağı bizə - NATO-nun 30 üzvünə aid olan məsələdir. Yalnız Ukrayna və 30 NATO üzvü Ukraynanın hərbi bloka nə zaman üzv olmağa hazır olduğuna qərar verəcək. Rusiyanın bu məsələdə deyəcəyi söz və ya veto hüququ yoxdur. Və ən əsası Rusiyanın öz qonşularına limit qoymaq üçün təsir sferası yaratmaq hüquq yoxdur”.

NATO Baş katibi deyib ki, sammitdə Rusiyanın öz qonşularına qarşı davam edən aqressiyası və qeyr-stabillik yaradan hərəkətləri, Ukrayna və onun ətrafında hərbi kontingentini gücləndirməsi müzakirə edilib: “Biz ayıq-sayıq olmalı və eskalasiyadan çəkinməliyik. Nazirlər səviyyəsində bu, bir daha təsdiqləndi. Rusiyanın istənilən aqressiv hücumu ona baha başa gələcək. Bunun Rusiya üçün çox ciddi siyasi və iqtisadi nəticələri olacaq. Gürcüstan və Ukrayna NATO-nun uzunmüddətli və yaxın tərəfdaşlarıdır. Bu ölkələr bizim missiyalarımıza və əməliyyatlarımıza töhfə veriblər və üzvlük üçün çox həvəslidirlər. Nazirlər bir daha vurğuladılar ki, biz öz qərarımızda qalırıq. Bizim Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə olan dəstəyimiz sarsılmazdır. Biz Gürcüstana və Ukraynaya dəstəyimizdə sadiqik. Biz bu ölkələrin özlərini qorumaq üçün imkanlarını daha da gücləndirməsinə kömək edirik”.

Son xəbərlər
Bütün xəbərlər »