Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ağlamaq bədəndəki toksinləri də təmizləyir"
"Ağlamaq bədəndəki toksinləri də təmizləyir"

Deyirlər; "ruh sıxılmadıqca, qəlb ağrımadıqca gözdən yaş çıxmaz". Çox zaman ağlamaq ruhumuzu sakitləşdirir, keyfimizi açır. Xalq arasında ağlayan insanların çox yaşadığı deyilir. Çünki ağlayan insan, bəzi xəstəlik və narahatlıqlardan təmizlənir. Ağlayırıq və sakitləşirik. Sonra heç nə olmamış kimi həyata davam da edə bilirik.

Mütəxəsislərin fikrincə, ağlamaq, endorfin hormonunun ifraz edilməsini təmin edir. Endorfin, insana keyif verən bir hormondur və xoşbəxtlik hormonlarından biri hesab edilir. Endorfin, həm də ağrıları azaldır.

Sosial və Klinik Psixologiya Jurnalında yer alan bir araşdırmaya görə, ağlayan insanların ruhi sağlamlığı çox tez bir vəziyyətdə düzəlir. Xüsusilə, bir xoşbəxtlikdən sonra gələn ağlama ruhi sağlamlığa pozitiv istiqamətdə maksimum təsir edir.

Psixoloq Rəvanə Quliyevanın sözlərinə görə, ağlamaq rahatlaşmağa yardım edir. Psixoloqların necə işlədiklərini düşünün. Sizi danışdırırlar. Dərdinizi, uşaqlığınızı, ağlınızda qalanları və sizi narahat edən hər şeyi danışırsınız. Siz danışarkən həm həkim sizi tanımağa başlayır. Həm də daxilinizdə yığılan problemləri birinə anlatdığınız zaman rahatlamış olursunuz.

Ağlamaq eyni zamanda problemlərlə üzləşməyinizi təmin edir. Daima içə atılan dərdlər və basdırmağa çalışdığınız duyğular, sonradan inanılmaz şəkildə partlayaraq sizi psixoloji problemlərə qədər aparıb çıxara bilər. Ağlamaq üzləşməkdən qaçmayıb gözlərinizin önünə gətirdiyiniz bir reallığı anladıb qurtulmaqdır.

Mütəxəssis qeyd edir ki, ağlamağın sakitləşdirici təsirləri də var. Yəni, sakitləşdirici dərman təsiri verə bilər. Adətən insanlar ağladıqdan sonra yatmaq istəyərlər. Çünki sakitləşdirici bədənə təsir edir və insan özünü halsız hiss edir.

“Ağlamaq bədəndəki toksinləri də təmizləyir. Ağladığınız zaman bədəninizdə olan kimyəvi maddələr çölə atılır, eyni zamanda gözünüzü bakteriyalardan təmizləyir. Bununla yanaşı, ağlamaq, yaxınlarınızla münasibətlərinizi gücləndirir. Olduqca həssas olduğumuz anlarda ətrafınızdakı insanlarla güclü duyğu bağı yaranır”,- deyə psixoloq bildirib.

Psixoloq əlavə edib ki, ağlayan zaman göz və burunda olan bakteriyalar təmizlənir. Çünki insan ağladığı zaman, yaş təkcə gözündən deyil, burnundan da gəlir. Ağlayan zaman burnunzuun axması da bununla əlaqəlidir.

R.Quliyeva həmçinin bildirib ki, ağlamaq ürək damar xəstəlikləri ilə yanaşı, mədə, sümük və əzələlərimizlə bağlı xəstəliklərə də faydalıdır. Belə ki, ağladığınız zaman bədəninizdə belə narahatlıqlara səbəb olan bəzi hormonların bədəninizdən atılmasına nail olursuuz.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »