Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Belarusda nüvə silahının yerləşdirilməsi planından danışıb
Lukaşenko Belarusda nüvə silahının yerləşdirilməsi planından danışıb

Rusiya ilə ittifaq Aleksandr Lukaşenkonu xeyli qətiyyətli edib. Belarus prezidenti Avropa ilə bəzən hədə tonunda danışmağı özünə rəva görür. Lukaşenko bu dəfə ölkədə nüvə silahının yerləşdirilməsi planını dilə gətirib.

Bizimyol.info xəbər verir ki, Belarus rəhbəri Rusiyadan olan həmkarına belə təklif verəcəyini bildirib. Lukaşenko Vladimir Putinlə bu barədə mütləq danışacağını deyib. O, Rusiya nüvə silahını ölkəsində yerləşdirməyə hazırdır.

Siyasi şərhçilər Lukaşenkonun açıqlamasını NATO-ya cavab kimi qiymətləndirir. Hərbi alyans analoji sistemi Polşada tətbiq etməyi düşünür. Əvvəlcə Almaniya variantı müzakirə olunurdu. Amma Berlin ABŞ-ın nüvə silahını ölkədə yerləşdirib-yerləşdirməmək barədə qəti fikir deməyə tələsmir.

Politoloq Stanislav Bışok Belarus prezidentinin sözlərinə ciddi yanaşmağın tərəfdarı deyil. Onun fikrincə, hər şeydən əvvəl təşəbbüs Rusiyadan gəlməlidir.

Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Eldar Həsənova hökm oxunub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
Son xəbərlər
Bütün xəbərlər »