Gürcüstanın Baş Prokurorluğu eks-prezident Mixail Saakaşvilinin vəkili Nika Qvaramiyaya qarşı prokurorları təhqir etdiyinə görə cinayət işi açıb.
Bizimyol.info xəbər verir ki, bu barədə agentliyin saytında yayılan məlumatda deyilir.
Saakaşvili həbs olunandan sonra ilk dəfə noyabrın 29-da Tbilisi Şəhər Məhkəməsinə aparılıb. Bu dəfə məhkəmədə 2007-ci il noyabrın 7-də keçirilən mitinqin dağıdılması ilə bağlı işinə baxılıb. Eks-prezident vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur və onu 5 ildən 8 ilə qədər həbs gözləyir.
Qvaramiya məhkəmədə Saakaşvilinin maraqlarını müdafiə edib. Baş Prokurorluğun bəyanatında qeyd olunur ki, məhkəmə iclası zamanı Qvaramiya prokurorların ünvanına təhqiramiz ifadələr işlədib. Bu zaman o, məhkəmə və prosesin digər iştirakçılarına da məhəl qoymayıb. Məhkəmə prosesinin yayımının geniş yayılmış videogörüntüləri əsasında Tbilisi Prokurorluğunun istintaq xidməti proses iştirakçısının təhqir olunması ilə bağlı araşdırmalara başlayıb.
“Bundan başqa, Mixail Saakaşvilinin işi üzrə növbəti iclasda ittiham tərəfi məhkəməyə vəsatət verərək proses iştirakçısına göstərdiyi hörmətsizliyə görə vəkil Nika Qvaramiyanın zalından çıxarılmasını tələb edəcək. Bu barədə Baş Prokurorluğun saytında yer alan məlumatda deyilir.
Bundan əlavə, şöbə artıq Qvaramiyanın yuxarıdakı hərəkətinə hüquqi qiymət verilməsi və onun barəsində intizam icraatının başlanması xahişi ilə Gürcüstan Vəkillər Kollegiyasının Etika Komissiyasına müraciət edib.
Qvaramiya Baş Prokurorluğun bəyanatına öz "Facebook" səhifəsində cavab verib. Vəkilin yazır ki, ona qarşı “tikilmiş” növbəti "tor"la maraqlanmır və daha heç nədən qorxmur: "Görək, qanunsuz qərar verib məni məhkəmə zalından qovacaqlarmı? Beləliklə, onlar qanunsuz və əsassız olaraq mənim müdafiə hüququmdan, Saakaşvilini isə öz seçdiyi vəkilin köməyi ilə hüquqi müdafiədən məhrum edəcəklər", - deyə Qvaramiya yazıb.
Bizimyol.info