"NATO-nun baş katibi Yens Stoltenberqin nüvə silahının Şərqi Avropaya daşınması ehtimalı ilə bağlı bəyanatları ehtiyatsızlıqdır və gərginliyin artırılmasına yönəlib".
Bizimyol.info xəbər verir ki, "rianovosti"ninverdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O xatırladıb ki, Almaniyada hökumət koalisiyasının yaradılması prosesində koalisiyanın ayrı-ayrı üzvlərinin bəyanatları mətbuata sızıb və onlar hökumətin proqramına Almaniya ərazisindən nüvə silahının çıxarılması tələbinin daxil edilməsini müdafiə ediblər.
“Bu hələ son qərar olmamasına baxmayaraq, cənab Stoltenberq deyib ki, əgər Almaniya istəməsə, biz nüvə silahlarını şərqə daşıyacağıq.
Qərbli həmkarlarımıza daha nəyi izah etmək lazımdır ki, bu cür, yumşaq desək, ehtiyatsız ifadələrini dayansın?”, - deyə Lavrov bildirib.
O, əlavə edib ki, indi, görünür, nəsə Stoltenberqi son dərəcə aqressiv olmağa məcbur edir.
Bizimyol.info