Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Laçın rayonuna media-tur təşkil edilib - Video
Laçın rayonuna media-tur təşkil edilib - Video

Müdafiə Nazirliyi Laçın rayonunun azad olunmasının birinci ildönümü ilə bağlı media-tur təşkil edib.

Bizimyol.info xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitləri ilə tanış olublar.

Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini ictimaiyyətə çatdırmaq məqsədilə hərbi qulluqçulardan müsahibələr alınıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə edən hərbi qulluqçular burada rahat xidmət apardıqlarını bildiriblər.

Hərbçilərimiz azad olunmuş torpaqlarımızda xidmət etməkdən qürur duyduqlarını və döyüş növbətçiliyində hər zaman ayıq-sayıq durduqlarını ifadə ediblər.

Paylaş »
››› Sabiq deputatın mülklərinin siyahısı açıqlanıb - Başgicəlləndirən mənzərə
››› Müəllimin cəzalandırılması etirazla qarşılandı: "Düşünüb ki, elə sakit otursam, yaxşıdır"
››› 10 yaşlı Nərminin ölümü: "Meyiti götürən kimi atası yandırılan yeri qazıb, izlər itirilib"
››› Bakıda tikinti özbaşınalığı: Vətəndaşlardan pulu alıb binanı yarımçıq saxlayırlar
››› Onlayn, ya adəti üzrə nəzir qutuları… - Hansı daha güvənlidir?
››› Türkiyənin ilk kəşfiyyat gəmisi dünya gündəmində
››› İtkin düşən 21 yaşlı qız Bakıda tapılıb
Son xəbərlər
Bütün xəbərlər »