Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO baş katibindən Rusiyaya sərt xəbərdarlıq
NATO baş katibindən Rusiyaya sərt xəbərdarlıq

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib: "Rusiyanın Ukraynaya qarşı gələcək hər hansı təcavüzünün Rusiya üçün ciddi siyasi və iqtisadi nəticələri olacaq".

Bizimyol.info "cnnturk"ə istinadən xəbər verir ki, bu barədə Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Latviyanın paytaxtı Riqada Təhlükəsizlik Forumunda "NATO-nun 2030-cu ilə baxışı" mövzusunda çıxışı zamanı deyib. NATO-nun baş katibi Rusiyanın Ukrayna sərhədində hərbi qüvvələrinin cəmləşdirməsinə toxunaraq qeyd edib ki, Ukrayna və onun ətrafında vəziyyət gözlənilməzdir: "Biz Ukraynada və onun ətrafında yaranmış vəziyyətdən narahatıq. Vəziyyət qeyri-sabit və gözlənilməz-gərgin olaraq qalır. Rusiyanın niyyəti ilə bağlı heç bir əminlik yoxdur. Biz qüvvələrin əhəmiyyətli və qeyri-adi konsentrasiyasını müşahidə edirik", - deyə o qeyd edib.

NATO baş katibi də Rusiyanı NATO ilə dialoqu bərpa etməyə çağırıb: "Biz dialoqun həyati əhəmiyyət kəsb etdiyinə inanırıq. Təəssüf ki, Rusiya bu yaxınlarda NATO ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib. Biz Rusiyanı bu qərarından dönməyə, sülh və təhlükəsizliyin xeyrinə NATO-Rusiya Şurasına yenidən qoşulmağa çağırırıq".

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »