Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də İsveç Krallığına işgüzar səfərə gedib.
Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir Ceyhun Bayramov səfər çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin Stokholmda keçiriləcək iclasında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.