Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uğur Şahinin "Omicron"la bağlı açıqlaması: Panikaya ehtiyac yoxdur
Uğur Şahinin "Omicron"la bağlı açıqlaması: Panikaya ehtiyac yoxdur

Almaniyada yeni növ koronavirus (Covid-19) peyvəndini hazırlayan "BioNTech" şirkətinin qurucuları Uğur Şahin və Özlem Türeci Omicron variantına görə panikaya ehtiyac olmadığını bildiriblər.

Bizimyol.info xəbər verir ki, Maynsda keçirilən 25-ci Aydın Doğan Vəqfi Mükafat Mərasimi öncəsi Uğur Şahin və Özlem Türeci jurnalistlərin suallarını cavablandırıb.

İki həftə sonra "Omicron" variantı ilə bağlı ümumi məlumat topladıqdan sonra qəti bir nəticəyə gələ biləcəklərinə diqqət çəkən Uğur Şahin, "Yeni Omicron variantından qorxmağa ehtiyac yoxdur. Bunun həm də ciddi xəstəliklərdən qoruduğunu bilirik", - deyib.

Peyvəndin iki səviyyədə qorunma təmin etdiyini deyən Şahin, birincinin antikorlar, ikincinin isə t-hüceyrələri adlanan immun hüceyrələr olduğunu bildirib: “Qoruma təmin edildiyinə əminik”.

Peyvənd almayanlar arasında yoluxmaların sayı peyvənd olunanlarla müqayisədə 8 dəfə çoxdur.Xüsusilə müəyyən yaş qrupu üçün üçüncü doza tələb olunur. Biz həm də üçüncü dozanın bütün əhali üçün lazım olduğunu deyirik. Üçüncü doza 20 dəfə daha çox 97 faiz qorunmanı təmin edilir. Üçüncü dozanı tez bir zamanda qəbul etməyi məsləhət görürük, "Omicron"dan asılı olmayaraq", - deyə məhşur həkim bildirib.

Bizimyol.info

Paylaş »
››› Hicama terapiya hansı xəstəliklərin müalicəsində daha çox tövsiyə edilir?
››› Rusiyanın ən çox qorxduğu silah: "Baha başa gələr"
››› Rusiya Çinə görə müharibə ideyasını təxirə salıb
››› Nazirlik telefonlara qarşı savaş açır: Tədrisə qayğı, yoxsa "güzgünü sındırmaq"
››› İslam şəriətində zinanın hansı növləri var...
››› Rusiyadan geriyə addım: Ukrayna ilə müharibə olmayacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »