Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meral Akşener: “Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun”
Meral Akşener: “Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun”

“Azərbaycanda təlimlər zamanı qəzaya uğrayan helikopterdə həlak olan şəhidlərimizə uca Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

“Report” xəbər verir ki, bunu Türkiyənin İYİ Partiyanın sədri Meral Akşener tviterdə yazıb.

“Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun. Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun...”, - siyasətçi qeyd edib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanması, 14 nəfərin isə həlak olması faktı ilə bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Son xəbərlər
Bütün xəbərlər »