Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN başçısı: “Aİ Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçiliyini müsbət qiymətləndirir”
XİN başçısı: “Aİ Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçiliyini müsbət qiymətləndirir”

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Avropa Komissiyasının prezidenti ilə keçirdiyi görüşdə Cənubi Qafqaz bölgəsindəki vəziyyət müzakirə olunub”.

“Report” xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, görüşdə Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçilik rolu müsbət qiymətləndirilib: “Avropa İttifaqı Gürcüstanın Dinc Qonşuluq Təşəbbüsünə çox güclü dəstək göstərir”.

XİN başçısı vurğulayıb ki, görüşdə Gürcüstanın “Şərq Tərəfdaşlığı” sammitindən gözləntiləri də diqqətə çatdırılıb.

Qeyd edək ki, bu gün Gürcüstan, Ukrayna və Moldovanın Baş nazirləri - İrakli Qaribaşvili Denis Şmiqal və Natalia Qavrilitanın Brüsseldə üçtərəfli görüşü olub. Hökumət başçıları Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa parlamentinin prezidenti David Sassoli ilə də görüş keçiriblər.

Son xəbərlər
Bütün xəbərlər »