Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Latviya-Belarus sərhədinə 40 min əsgər göndərməyə hazırdır
NATO Latviya-Belarus sərhədinə 40 min əsgər göndərməyə hazırdır

Belarusun Polşa və Baltikyanı ölkələrlə sərhədlərində yaranan miqrant böhranı Avropa İttifaqına düşünmək üçün böyük material verdi. NATO da tədbirlər görməyə hazırlaşır. Alyansın baş katibi Yens Stoltenberq Latviyaya 40 min əsgər göndərə biləcəklərini deyib.

Bizimyol.info xəbər verir ki, NATO-nu təkcə Belarusla Avropa İttifaqı ölkələrinin sərhədində baş verənlər narahat etmir. Söhbət həm də Rusiyanın Ukraynaya mümkün hücumundan gedir. NATO Latviyaya qoşun yığmaqla miqrant böhranının həllinə töhfə verməklə yanaşı, Kiyevə də yaxın olmağa çalışır.

Stoltenberq deyib ki, mümkün addıma təəccüblənmək lazım deyil. Çünki NATO bölgədə həm suda, həm də havada mövcudluğunu uzun illərdir göstərir: “Biz müttəfiqlərimizi də düşünürük. Xüsusilə Baltikyanı bölgədə”.

NATO-nun baş katibi Litvanı da unutmadıqlarını deyib. Stoltenberq Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə bu ölkəyə təsadüfən baş çəkmədiklərini qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »