Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dənizə düşən "F-35" təyyarəsinin görüntüsü yayılıb
Dənizə düşən "F-35" təyyarəsinin görüntüsü yayılıb
Məlum olub ki, Aralıq dənizinə düşən Britaniyaya məxsus "F-35" təyyarəsi havaya qalxmadan gəminin eniş zolağından dənizə düşüb.

Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda "F-35"in "HMS Queen Elizabeth" təyyarədaşıyan gəmisinin eniş hissəsinə yaxınlaşdığı görünür.

16 saniyəlik videoda təyyarə enişə çatanda sürəti artırmaq əvəzinə azaldır və dənizə düşür. Reaktiv yoxa çıxandan saniyələr sonra 65 min tonluq gəminin qarşısında dənizə doğru üzən paraşütü görünür.

Müdafiə Nazirliyi görüntüləri şərh etmək üçün hələ tez olduğunu, lakin 100 milyon funt sterlinqlik təyyarəni dənizdən çıxarmaq üçün səylərin davam etdiyini bildirib.

Qəzanın necə baş verdiyi ilə yanaşı, sosial mediada paylaşılan videonun internetdə necə yayımlandığı ilə bağlı da araşdırma gözlənilir.

Noyabrın 17-də baş verən qəzada təyyarənin dənizlə təmas nöqtəsi məlum olsa da, su altında qaldığı üçün yerini hələlik müəyyən etmək mümkün olmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »