Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa "COVID-19" riski olan uşaqlara peyvənd etməyi tövsiyə edib
Fransa "COVID-19" riski olan uşaqlara peyvənd etməyi tövsiyə edib

Fransa Ali Səhiyyə Təşkilatı (HAS) risk qruplarından və həssas kateqoriyalardan olan 5-11 yaşlı uşaqlar üçün koronavirus peyvəndini tövsiyə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "rianovosti" məlumat yayıb.

Fransa tibbi tənzimləyicisi 5-11 yaşlı uşaqlar üçün "BioNTech/Pfizer" peyvəndinin Aİ səviyyəsində təsdiqindən sonra bəyanat verib. Avropa Dərman Agentliyi EMA bu yaşda olan uşaqlara "COVID-19" peyvəndinin istifadəsini genişləndirməyi tövsiyə edib.

"Sonra, Ali Səhiyyə Müdirliyi epidemioloji məlumatları, eləcə də bu yaş qrupunda peyvəndin effektivliyinə dair mövcud məlumatları təhlil edib. Fransa tibbi tənzimləyicisi indi bu yaş qrupundakı uşaqlar üçün peyvənd edilməsini tövsiyə edir: risk altında olanlar, ağır xəstəlikdən əziyyət çəkənlər,immuniteti zəif olan insanlar, peyvəndlə qorunmayan həssas insanlar və peyvənd oluna bilməyənlər mühitində yaşayanlar", - deyə bəyanatda deyilir.

Həmçinin məktəblərdə profilaktik tədbirlərin gücləndirilməsini, məhdudiyyətlərin saxlanmasını və vaxtaşırı "COVID-19" testlərinin keçirilməsini tövsiyə edib.

Mütəxəssislərin fikrincə, son həftələrdə "COVID-19"a yoluxma halları bütün yaş qruplarında kəskin şəkildə artıb. Tənzimləyici qeyd edib ki, 6-11 yaş arası uşaqlar məktəblilər arasında “ən çox xəstələnmə dərəcəsinə malik” qrupa çevriliblər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »