Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml Lavrovun Blinkenlə nə danışa biləcəyini açıqlayıb
Kreml Lavrovun Blinkenlə nə danışa biləcəyini açıqlayıb

Kreml hesab edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş olacağı təqdirdə Rusiya prezidenti Vladimir Putin və ABŞ dövlət başçısı Bayden arasında danışıqlara hazırlıq mövzusu olacaq.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Xeyr, əvvəlki kimi, hələlik xəbər yoxdur, ona görə də gözləyirik”, – Peskov jurnalistlərə Putin və Bayden arasında danışıqlara dair yeni məlumatlar barədə suala cavab verib.

“Əlbəttə, iki nazir prezidentlərin ünsiyyətinə hazırlıq mövzusuna toxunmaya bilməz, ona görə də, əlbəttə ki, bu, mütləq müzakirə olunacaq. Blinkenlə bu, görüş prezidentlərin danışıqlarının vaxtını yaxınlaşdıracaq”, - Peskov "Kreml Lavrovun Blinkenlə keçirəcəyi görüşdən nələri gözləyir" sualına cavab verərkən deyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »