Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkədə özünü tanınmaz hala salanlar: “Bu filtrlər dövlət qurumları üçün xoşagələn deyil”
Sosial şəbəkədə özünü tanınmaz hala salanlar: “Bu filtrlər dövlət qurumları üçün xoşagələn deyil”

Sosial şəbəkələrdə dəb halını almış hallardan biri də istifadəçilərin müəyyən filtrlər, effektlər vasitəsi ilə şəkillərdə öz xarici görünüşlərini dəyişdirməsi, tanınmaz hala gətirməsidir. Bu proqramlar arasında sadə və çox cüzi dəyişiklik edən filtrlər də var. Amma nədənsə sosial şəbəkə istifadəçiləri burda da ifrata getməyi sevirlər. Hətta o həddə çatıb ki, həyatda tanıdığımız insanların şəkilləri sosial şəbəkələrdə qarşımıza çıxanda az qalır ki, tanımayaq.

Bəs, niyə insanlar bu qədər filtrasiyadan istifadə edib özlərini dəyişirlər? Sosial şəbəkələr tərəfindən yaradılan filtrlər insanlarda niyə bu qədər maraq yaradır?

Bir çox psixoloqlar bunun psixoloji məsələ olduğunu, bunu edən insanların özgüvən probleminin olması, xarici görünüşləri ilə barışıq olmamaları ilə əlaqələndirirlər.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

İT mütəxəssisi Səkinə İlqarqızı isə Bizimyol.info-nun sullarını cavablandıran zaman bildirib ki, bu tip filtrlər adətən hərhansı mobil tətbiqdə yaxud sosial şəbəkədə aktivlik azalanda meydana gəlir

“İnsanlar arasında ajeotaj yaradaraq, hər kəsin sevimlisinə çevrilir. Bu cür filtrləri istifadə edənlər adətən günün yarısını demək olar ki, sosial şəbəkələrdə keçirən insanlardır. Blogerlər, biznes səhifələri də bu cür dəyişimlərdən istifadə edirlər. Məhsulun effektli olması, şəkillərin daha çox göz oxşaması üçün filtr ilə şəkillər və videolar paylaşılır. Bu filrtlərin bizim üçün heç bir infromasiya təhlükəsi daşımadığı artıq göz önündədir. Hətta zamanla yeni filtrlar yaradan sosial şəbəkələrin izləyiciləri günbəgün artmaqdadır. Əldə etdiyim statistika məlumatlarına əsasən yeni filtr yaradılan zaman aktiv izləyici sayı birəbeş artır. Sosial platforma üçün bu, böyük bir rəqəmdir”.

Mütəxəssis qeyd edib ki, dövlət qurumları üçün bu cür filtrlərin olması heç də xoşagələn hal deyil.

“21-ci əsirdə yaşayırıq və artıq cinayətkarlar yaxud diğər cinayət təqibində iştirak edən şəxslərin araşdırılması internet platformalarında belə həyata keçirilir. Filtr ilə paylaşımlar olan zaman şəxsin araşdırılması və müəyyən edilməsi olduqca çətinləşir. Bu səbəbdən bəzi ölkələrdə, məsələn, Rusiyada, yalnız real istifadəçilər filtrdən istifadə edə bilirlər. Yəni gündəlik foto paylaşımları və story hesabları olan istifadəçilər.

Yaxın zamanlarda filtrlərin ümumiyyətlə, ləğv olunacağı barədə müzakirələr mövcuddur”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »