Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"

Ukraynaya görə Böyük Britaniya və Rusiya arasında gərginlik yüksələn xətt üzrə inkişaf edir. Kremlin Londondakı səfiri Andrey Kelin yaxşı işlər baş vermədiyini açıqlayıb. Onun dediyinə görə, Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır. Açıq qarçıdyrma ehtimalı xeyli artıb. Rusiya baş verənləri hücum təhlükəsi kimi qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, Andrey Kelin qarşıdurma riskinin nəzərəçarpan dərəcədə artdığını deyib. Halbuki Rusiya özü Ukraynanın şərqinə xeyli əvvəldən qoşun yığmağa başlayıb. Dünya ictimaiyyəti məhz Kremlin hücuma keçmək ehtimalını müzakirə edir.

Kelin “Times Radio”ya müsahibəsində adi qığılcımın müharibəyə səbəb ola biləcəyini dilə gətirib: “NATO Rusiya sərhədləri yaxınlığında hərbi qüvvəsini artırır. Baltik dənizində çoxsaylı manevrlər həyata keçirilir. Nüvə silahı olan strateji təyyarələr sərhədlərimizin 20 kilometrliyindən keçir”.

Səfir Böyük Britaniyanın aqressiv davrandığını iddia edib və xeyli ittiham səsləndirib. Onun fikrincə, İngiltərə müdafiə naziri Ben Uollesin tank briqadasını Almaniyaya qaytarması hücum niyyətindən xəbər verir. Kelin deyib ki, Rusiya sərhədləri yaxınlığında çox görünmək hücum istəyinə işarədir.

Noyabr ərzində Qərb mətbuatında Rusiyanın Ukraynaya hücum etməyi planlaşdırması barədə xeyli yazılar yer alıb. Kreml bir müddətdir Ukraynanın şərqində hərbi fəallıq nümayiş etdirir. Böyük Britaniya buna cavab olaraq gəmilərini Qara dənizə yollamışdı. Ümumiyyətlə, gərginliyin ən yüksək həddində London Kiyevin yanında olmağa çalışır.

Rusiya mətbuatı da sakit dayanmır. Yazılarda Qərb ciddi ittiham olunur. Rusiyalı jurnalistlər məhz NATO-nun açıq qarşıdurmada maraqlı olduğunu iddia edir. Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün əvvəl Rusiyanın Ukrayna ərazisində hərbi çevriliş planladığını bildirmişdi. Dövlət başçısı Kremlin tanınmış iş adamı, “Şaxtyor” futbol klubunun sahibi Rinat Axmetovun xidmətindən istifadə etməyi düşündüyünü demişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »