Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq
Bakıda Aşıq Ələsgərin abidəsi ucaldılacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldıldılması ilə bağlı sərəncam verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Sərəncama əsasən Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılması tapşırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Son xəbərlər
Bütün xəbərlər »