Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın “3+3” formatında iştirakdan imtina edib
Gürcüstanın “3+3” formatında iştirakdan imtina edib

Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin Gürcüstanın “3+3” regional məşvərət mexanizminin (Azərbaycan-Ermənistan-Gürcüstan+Rusiya-İran-Türkiyə) açılış iclasında iştirakdan imtina etməsindən təəssüfləndiyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Siyasətçi bu barədə senator, İsveçrənin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kristina Marti Lanqla görüşündə açıqlama verib.

“Tiflisin bütün mövcud ziddiyyətlərə baxmayaraq, “3+3” (Azərbaycan-Ermənistan-Gürcüstan+Rusiya-İran-Türkiyə) regional məşvərət mexanizminin açılış iclasında iştirakdan imtina etməsi təəssüf doğurur”, - deyə Karasin bildirib.

Federasiya Şurası Komitəsinin sədri beynəlxalq platformalarda İsveçrə nümayəndələri ilə fəal qarşılıqlı əlaqəni və İsveçrəli tərəfdaşların Gürcüstanda Rusiyanın maraqlarının, Rusiyada isə Gürcüstanın maraqlarının təmsil olunması məsələlərində vasitəçilik səylərini məmnunluqla qeyd edib.

Danışıqlar zamanı Zaqafqaziyada təhlükəsizlik və sabitliyə dair Cenevrə Müzakirələrinin əhəmiyyəti bir daha vurğulandı.

Öz növbəsində Kristina Marti Lanq bu ilin noyabrında Tbilisiyə son səfərinin nəticələri barədə məlumat verib.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla keçirdiyi mətbuat konfransında bildirmişdi ki,  "3+3" formatının yaradılması təşəbbüsü müzakirə olunub: üç Transqafqaz ölkəsi və onların üç böyük qonşusu - Rusiya, İran və Türkiyənin bu formatda iştirakı nəzərdə tutulur".

Rusiya bu mexanizmə region dövlətlərinin iştirakı ilə regional təhlükəsizlik problemlərinin müzakirə oluna biləcəyi çox vacib, perspektivli, perspektivli format kimi baxır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »