Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
"Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"

“Mən vətənimi anam bilirəm. Mən döyüşə gedəndə nə yaşadığım qəsəbənin bələdiyyəsini, nə icra nümayəndəliyini, nə də icra aparatını fikirləşdim”.

Bu fikirləri Vətən müharibəsi iştirakçısı Əli Abbasov açıqlaması zamanı bildirib. O qeyd edib ki, döyüşə gedən zaman yalnız vətənimi fikirləşib.

Əli Abbasov Əli Abbasov

“Hansısa bir təbəqələrdə etinasız yanaşma ola bilər. O, onun anasına göstərdiyi sevgidirsə, qədrini bilmirsə, mən də öz anamı qarşılıqlımı sevməliyəm? Zabit kimi döyüş yolu keçmişəm, nə lazım idi onunla təmin olunmuşam. Yəni məvacib və s. Keçdiyim döyüş yolu, addımımı qoyduğum azad olunmuş torpaqların uğrunda gedən döyüşlərin medalları ilə təltif olunmuşam. Eyni zamanda digər döyüş yoldaşlarım, qardaşlarım da həmçinin.

Vətən məfhumunu izah etmək üçün bu sevginin alovu qəlbdən başlamalıdır ki, bu sonra minnət olaraq dilə gətirilməsin. Mən övladım üçün getmişəm. Mənim kimi digər yoldaşlarımda eyni fikirdədirlər. Allahıma şükür edirəm ki, 2 müqəddəs peşəyə sahib olmuşam. Biri müəllimlik, digəri isə zabitlik. Mən həyatla döyüşməyə gəlmişəm. Öz millətimlə döyüşməyə gəlməmişəm”,- deyə bildirib.

Daha ətraflı aşağıdakı videosüjetdən izləyə bilərsiniz:

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »