Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransa Cənubi Qafqaz və Türkiyə ilə münasibətlərdə böyük bir yara alıb"
"Fransa Cənubi Qafqaz və Türkiyə ilə münasibətlərdə böyük bir yara alıb"

"Vətən müharibəsində Fransanın Azərbaycana qarşı göstərdiyi mövqe, onun Avropadakı nüfuzunu aşağı salıb".

Bu barədə Bizimyol.info saytına danışan politoloq Tural İsmayılov qeyd edib ki, Fransanın Azərbaycana qarşı olan aqressiyasının müxtəlif səbəbləri var.

Tural İsmayılov Tural İsmayılov

“Bilirsiniz ki, Avropada erməni icmasının ən çox məskunlaşdığı ölkələrdən biri, məhz Fransadır. Burada erməni lobbisi böyük gücə malikdir. Fransada bəzi siyasi qruplar,  erməni vətəndaşların səsini ala bilmək üçün Ermənistanı müxtəlif dönəmlərdə dəstəkləyiblər. Yəni, burada əsas məqsəd, ermənikartından istifadə edib səs toplamaq olub” - deyən politoloq qeyd edib ki, Fransanın Qarabağ müharibəsində Ermənistanı dəstəkləməsinin ikinci səbəbi, Türkiyə faktorudur. Belə ki, Fransa Türkiyənin regional gücdən qlobala gücə keçməsini qəbul edə bilmir. Türkiyənin Avropa İttiqafına inteqrasiyasına əngəl olan faktorlardan biri də Fransadır.

Azərbaycan-Türkiyə qardaşlığı fonunda Fransanın Türkiyə qorxusu, Azərbaycana qarşı aqressiya ilə özünü büruzə verir.

Mütəxəssis qeyd edir ki, Fransa islamafobiyanın geniş yayıldığı bir ölkədir . Və hər zaman Fransa dövlətini idarə edənlər, islam dünyasına və Türkiyəyə qarşı aqressiv bəyanatlar veriblər.

“Bu da Fransanı Azərbaycan əleyhinə fəaliyyəti ilə özünü göstərir. Azərbaycanın Fransadan heç bir asılılığı olmadığı üçün Makron Azərbaycana heç bir təsir göstərə bilməz. Bununla yanaşı, Makronun siyasi səriştəsi də zəifdir”,- deyən politoloq qeyd edir ki, gələcəkdə Fransa-Azərbaycan münasibətlərində dəyişikliklər olacağı gözlənilir.

Ekspert hesab edir ki, Fransada erməni lobisinin güclənməsi və Fransa siyasətinə təsiri, gələcəkdə Fransanın özü üçün maneəyə çevrilə bilər. Fransa, gələcəkdə Erməni lobbisini özü üçün təhlükəyə çevrilməsini istəmirsə, Azərbaycan və Türkiyə ilə münasibətlərini tənzimləməlidir. Ekspertin sözlərinə görə, əvvəlki Fransa rəhbərləri balansı qoruyur, cənubi Qafqaza yanaşmada tək tərəfli mövqe göstərmirdi.

Fransanın indiki rəhbəri Emanuel Makron isə, həm 44 günlük vətən müharibəsi dövründə, həm də ondan sonra münasibətlərin daha da gərginləşməyinə səbəb oldu:

“Makronun fəaliyyəti nəticəsində, Fransanın Avropadakı nüfuzu aşağı düşüb. Fransa Cənubi Qafqaz və eyni zamanda Türkiyə ilə münasibətlərdə böyük bir yara alıb”.

İlahin, Bizimyol.info

Paylaş »
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› Yanvarın 23-nə olan hava proqnozu
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
Son xəbərlər
Bütün xəbərlər »