Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AQUPDK, USAID və BMTİP Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin Yardım tərəflərinin 1-ci Milli Konfransını keçirib
AQUPDK, USAID və BMTİP Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin Yardım tərəflərinin 1-ci Milli Konfransını keçirib

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin Yardım tərəflərinin 1-ci Milli Konfransını keçirib.

Konfrans “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub və dövlət qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökümət təşkilatları və özəl sektorun 100-dən çox nümayəndəsini bir araya gətirib. Onlar qadınlara və qızlara qarşı zorakılıqla mübarizə ilə bağlı sahələrarası effektiv yardım sistemlərinin qurulması prosesində yaranan problemləri və əldə olunan təcrübələri müzakirə ediblər.

AQUPDK, USAID və BMTİP Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin Yardım tərəflərinin 1-ci Milli Konfransını keçirib

“Azərbaycanda qadınlarla bağlı məsələlərin hərtərəfli həlli sahəsində bir sıra normativ-hüquqi sənədlər qəbul olunmuş, qadın hüquqlarının müdafiəsi və təminatı istiqamətində mühüm irəliləyişlər əldə edilmişdir. Bu bir həqiqətdir ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi, onların zorakılığa məruz qalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir” – AQUPDK-nın sədri Bahar Muradova deyib.

“ABŞ hökuməti gender əsaslı zorakılıqla mübarizədə Azərbaycan hökuməti ilə tərəfdaşlığı yüksək qiymətləndirir. Bizim birgə səylərimiz qadınların zorakılıqdan azad yaşaması üçün işləmək və onların hüquqlarını qorumaq üçün birgə öhdəliyimizi nümayiş etdirir”, - ABŞ səfiri Li Litzenberger qeyd edib.

"Biz Azərbaycanda gender əsaslı zorakılığa qarşı mübarizə və qadınların hüquqi və sosial dəstəyə çıxışının yaxşılaşdırılmasına kömək etmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə səylərimizi birləşdirmişik. Hər birimiz qadın və qızlara qarşı qender zorakılığına son qoymaq və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq vədimizi yerinə yetirmək üçün daha çox iş görə bilərik və görməliyik", - BMTİP-nin Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Çaru Bista bildirib.

Konfrans zamanı BMTİP-nin təşkil etdiyi “Genderyönümlü məlumatların toplanması və təhlil olunması” mövzusunda kursları uğurla başa vuran və Azərbaycanın müxtəlif rayonlarından olan 12 mütəxəssis sertifikatlarla təltif olunub. Bu mütəxəssislər növbəti aylar ərzində rayonlar üzrə onlayn platfrorma qurmağa kömək edəcək ki, bu da öz növbəsində onlara yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək imkanı yaradacaq.

AQUPDK, USAID və BMTİP Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin Yardım tərəflərinin 1-ci Milli Konfransını keçirib

Konfrans USAID-in maliyyələşdirdiyi və BMTİP və AQUPDK-nın birgə icra etdiyi “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsinin “Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi” komponenti çərçivəsində təşkil edilib. Komponentin əsas məqsədi gender əsaslı zorakılığa mübarizəyə və qadınların iqtisadi səlahiyyətləndirilməsinə dəstək olmaqdır.

Son xəbərlər
Bütün xəbərlər »