Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə bir daha dəstək ifadə edib
ABŞ Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə bir daha dəstək ifadə edib

ABŞ Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasına dəstəyini bir daha təsdiqləyir.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin Riqada keçiriləcək NATO-nun Xarici İşlər Nazirləri toplantısından öncə yaydığı məlumatda deyilir.

Bildirilib ki, ABŞ 2008-ci ildə NATO-nun Buxarest sammitində qəbul edilən və Gürcütanla Ukraynanın Alyansın üzvü olacağı qeyd olunan sənədi dəstəkləməkdə davam edir. Bu ölkələrin illik milli proqramlarında NATO-ya inteqrasiya yolunun ətraflı əks edildiyi vurğulanıb.

Qeyd edək ki, NATO XİN başçılarının iclası Riqada noyabrın 30-da keçiriləcək. Gürcüstanı toplantıda Baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani təmsil edəcək.

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Ərdoğandan Sezen Aksuya sərt sözlər: “Uzanan dilləri qoparmaq vəzifəmizdir”
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Böyük Britaniya Rusiyanın qonşuluğuna ordu toplayır
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »