Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstanbulda fırtına bu gecə davam edəcək
İstanbulda fırtına bu gecə davam edəcək

Meteorologiya Ümumi Müdirliyi tərəfindən edilən son açıqlamaya görə, bu gün Mərmərənin qərbindən gözlənilən leysan və tufanlar gecə saatlarına qədər Mərmərə bölgəsində, Orta Ege, İç Anadolunun şimal-qərbində və Qərbi Qara dənizdə səhər saatlarına qədər qüvvətli olacaq.

Bizimyol.info türkiyə mətbuatına istinadən xəbər verir ki, yağıntının həcmi 21-50 kq/m2 olacağı gözlənildiyi üçün ani sel, daşqın, şimşək çaxması, güclü külək və nəqliyyatda aksamalar kimi neqativ hallara qarşı diqqətli və tədbirli olmaq lazımdır.

Meteorologiya Baş İdarəsi və AKOM İstanbul üçün güclü cənub-qərb xəbərdarlığı etmişdi. Bu gün güclü cənub-qərb öz təsirini səhər saatlarında göstərib.

Kadıköydəki Caddebostan çimərliyi və Bakırköy çimərliyində dalğalar meydana gəlib. Fırtına səbəbiylə dalğaların hündürlüyü zaman təxminən 3 metrə çatıb.

Dünən edilən açıqlamada Meteorologiya Baş İdarəsi (MGM) Mərmərə bölgəsi üçün fırtına xəbərdarlığı etmişdi. Fırtınanın bu gün səhərdən etibarən İstanbul, Ədirnə, Kırklareli, Tekirdağ, Kocaeli, Sakarya və Yalovada təsirli olacağı gözlənildiyi qeyd deyilmişdi.

Açıqlamada, küləyin cənub və cənub-qərb istiqamətlərindən güclü olacağı və tam fırtınanın saatda 70-110 kilometr sürətlə əsəcəyi bildirilib. Damın uçması, ağac və dirəklərin aşması, soba və tüstü qazından zəhərlənmələr və nəqliyyatın pozulması kimi mümkün neqativ hallara qarşı diqqətli və tədbirli olmaq xahiş olunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »