Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son Günəş tutulması bürclərə necə təsir edəcək
Son Günəş tutulması bürclərə necə təsir edəcək

Dekabrın 4-də ilin son tutulması, 2-ci Günəş tutulması baş verdi. Bu tutulma, tam Günəş tutulmasıdır. Tutulma hadisəsi, 09:29:16-da başlayaraq 13:37:26-da sona çatdı. Tutulmanın maksimumu, 11:34:38-də olub. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edib.

Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik və Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunub. Qeyd edək ki, cari ildəki Günəş tutulması hadisələri Azərbaycanda müşahidə olunmayıb.

Astroloqların fikrincə, günəş tutulmaları əslində yeni başlanğıcları anladır. Əgər bir şeyi bitirmək lazım olduğu halda davam etdiririksə, çətinliyə düşə bilərik. Çünki həm köhnə, həm təzə - ikisi bir arada mümkün deyil. Riskləri qəbul edib, köhnəni buraxıdğımız zaman, yeni ilə davam edə biləcəyik. Bu vəziyyət inandıqlarımızla da əlaqəli ola bilər.

Günəş tutulması, münasibətlərdə hərəkətliliyi artıracaq. Xüsusilə, dekabr ayında iqtisadi balansın pozulması, qərarlı olduğumuz sahədə hərəkətə keçməyimizə dəstək verəcək. Səhiyyə işçilərinin haqları gündəmdə olacaq. Bu sahədə gözlənilməyən hadisələr baş verə bilər.

Astroloqlara görə, tutulmanın təsirləri aprel ayına qədər hiss ediləcək. Günəş tutulmasından bütün bürclər təsirlənəcək, amma daha çox dəyişkən bürclər olan Oxatana, Balıq, Əkizlər və Qızlar təsirə məruz qalacaqlar.

Qoç bürcü

Günəş tutulması Qoç bürclərinin təhsil və ticarət həyatına təsir edəcək. Bəzi mövzuları bağlamağın zamanıdır. İş həyatında həqiqətən qərarlı olduğunuz yerlərdə risk edərək hərəkət edin.

Buğa bürcü

Başqalarından aldığınız pullar və ya xərclərin bitdiyi dönəm olacaq. Mövcud qorxularınızla bağlı addım atmağın vaxtı çatıb. İş həyatınızda çətinliyə düşdüyünüz vəziyyətlərlə bağlı dəyişikliyə ehtiyacınız olduğunu hiss edəcəksiniz.

Əkizlər

Evlilikdə və yaxud ikili münasibətlərdə önəm vermədiyiniz mövzuları müəyyən edin. Lazım olduğu təqdirdə belə vəziyyətlərə son verməlisiniz. Bu addımı özünüz atmasanız da, eyni nəticə əldə edəcəksiniz. İkili münasibətlərdə qarşılaşdığınız çətinlikləri dostların əhatəsində həll edə biləcəksiniz.

Xərçəng

İş yoldaşlarınızla gözləmədiyiniz hadisələr baş verə bilər. Eşq həyatında həqiqətən istəkli və qərarlı olduğunuz nöqtələrdə irəliləyə biləcəksiniz.

Şir bürcü

Sevgi həyatında və uşaqlarla əlaqəli mövzularda yaradıcılığınızı ortaya qoyduğunuz sahələri buraxıb yolunuza davam etməlisiniz. Nəyi buraxıb, nəyə davam edəcəyinizi hadisələrin inkişafı zamanı müəyəyn edə biləcksiniz. Bu dönəmdə məsuliyyətlə ikili münasibətləri balansda saxlamaq çətin ola bilər.

Özünüz üçün əhəmiyyətli olanı itirmədən, pozitiv düşüncə ilə hərəkət etmək sizin üçün vacibdir.

Qız

Bu tutulma nəticəsində evlə bağlı, ailəvi mövzularda artıq düşüncələrinizi konkretləşdirib geridə buraxmalı olduğunuz məsələləri dəqiqləşdirin. Etibarlı hiss etdiyiniz sahələrlə bağlı düşüncələrinizi dəyişdirəcək hadisələrlə qarşılaşa bilərsiniz. Beləliklə, qorxularınızla üz-üzə gəlib onlardan qurtula bilərsiniz.

Tərəzi

Yaxın əhatə dairənizlə olan münasibətlırinizi və ticari həyatda bəzi mövzuları arxada buraxmalısınız. Bunun həyata keçməsi üçün gözləmədiyiniz böhranlı vəziyyətlər yaşaya bilərsiniz. Bəzi şeyləri geridə buraxmalısınız ki, yeni başlanğıclar qura biləsiniz.

Əqrəb

Maddi mövzularda həyata keçirilməsi lazım olanları reallaşdırıb, bəzi vəziyyətlərə son verməyiniz lazımdır. Xüsusilə, ikili münasibətlərdə sahib olduğunuz dəyərlərlə bağlı düşüncələrinizi dəyişdirəcək hadisələrlə qarşılaşa bilərsiniz.

Yeni təhsil layihəsi və qısa səyahətlər sizin üçün vacibdir.

Oxatan

Bu tutulma sizlərə daha çox aiddir. Həm özəl həyatda, həm də iş həyatında bitirilməsi lazım olan hadisələr gündəmə gələcək.

Səhhətinizdə problemlər yarana bilər.

Sevgi həyatınızda gözləmədiyiniz hadisələr, sizə daha böyük xoşbəxtlik hissi verəcək.

Oğlaq

Davamlı olaraq geri plana atdığınız mövzuları bitirin. Sevgi həyatınızda gözləmədiyiniz hadisələr yaşana bilər. Gizli qalmış bəzi mövzular ortaya çıxacaq.

Uşaq sahibi olanlar, bu dönəmdə uşaqları ilə daha çox maraqlansalar, yaxşı olar.

Dolça

Bu tutulmadan sonra dostluq münasibətlərinizdə və sosial həyatınızda həyata keçirə bilmədiklərinizi gerçəkləşdirə bilərsiniz. Həyat tərziniz və ailənizlə bağlı fərqli hadisələr yaşaya bilərsiniz.

Dostluq çevrənizdəki problemləri həll etməyə çalışmaq və iş həyatınızda bir qədər geridə durmaq sizin üçün faydalı olacaq.

Balıq

İş həyatınızda və yaxud cəmiyyət arasında şəxsiyyətinizlə bağlı fikirlərə diqqət etsəniz, yeni bir başlanğıc yaşaya bilərsiniz. Karyeranızda bəzi ünsiyyət problemləri yaşana bilər. Gizlədilmiş məlumatlar və yaxud səhv yönləndirmələr ola bilər.

İrəlidə olan hədəflərinizə inamınızı itirməsəniz, bu istiqamətdə addımlarınızı dəstəkləyən hadisələrlə qarşılaşa bilərsiniz. Hamımız yeni başlanğıclar üçün köhnələri bitirməliyik…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »