Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vahid Ələkbərov "Aleksandr Nevski" ordeni ilə təltif olunub
Vahid Ələkbərov "Aleksandr Nevski" ordeni ilə təltif olunub

 “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov "Aleksandr Nevski" ordeni ilə təltif olunub.

Bizimyol.info xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib.

“Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko “Lukoyl” ASC-nin prezidenti Vahid Ələkbərova "Aleksandr Nevski" ordenini təqdim edib”, - deyə şirkətin məlumatda qeyd edilir.

Bildirilir ki, şirkətin 40 əməkdaşı - rəhbər şəxslər, profil rəhbərləri, mütəxəssislər və işçilər müxtəlif mükafatlara laiq görülüblər. Onlar “Şərəf”, “Dostluq” ordenləri, I və II dərəcəli “Vətənə xidmətə görə” ordenləri, habelə fəaliyyət sahələrində Rusiya Federasiyasının əməkdar işçisi fəxri adları ilə təltif ediliblər.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »