"Türkiyə Rusiya ilə Ukrayna arasındakı böhranın həllində vasitəçi ola bilər. Ankara bu mövzunu Moskva və Kiyevlə müzakirə etməyə davam etmək niyyətindədir".
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.
"Biz regionda sülhün bərqərar olmasının tərəfdarıyıq, xüsusən də söhbət Krım türklərindən gedirsə. Biz dost Rusiya və xüsusilə də Rusiya prezidenti Vladimir Putinlə bu məsələləri dəfələrlə müzakirə etmişik. Biz bu bölgənin müharibənin hökm sürdüyü ərazisi olmasını istəmirik. Qoy gələcəkdə bu ərazidə sülh hökm sürsün, biz bu məsələyə müsbət münasibət bəsləmək istəyirik”, – deyə dövlət başçısı bildirib.
Ərdoğan həmçinin qeyd edir ki, Türkiyə Moskva və Kiyevlə “bu məsələdə vasitəçilik edə biləcəyini də müzakirə edəcək”. "Biz bu danışıqları həm Ukrayna ilə, həm də cənab Putinlə inkişaf etdirəcəyik. Biz bu problemin həllində iştirak etməyimizi istəyirik", - deyə Türkiyə prezidenti əlavə edib.
Bizimyol.info