Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid anası oğlunun adının əbədiləşdirilməsini istəyir
Şəhid anası oğlunun adının əbədiləşdirilməsini istəyir

Şamaxı rayonu, M.Ə.Sabir adına qəsəbə sakinləri və şəhid anası Cavadova Zərifə tərəfindən redaksiyamıza müraciət daxil olub. Müraciətdə 44 günlük Vətən Müharibəsində şəhid Cavadov Yalçın Aydın oğlunun adının əbədiləşdirilməsi istənilir.

“Bu zəfər tarixini öz qanı ilə yazanlardan biri də, sakinləri olduğumuz M.Ə.Sabr adına qəsəbədə doğulub boya başa çatmış şəhid oğlumuz Yalçın Cavadov olmuşdur. O, Fizuli, Cəbrayıl istiqamətlərində göstərdiyi igidliklərə görə medallarla təltif edilmişdir. Yalçın ailəsinə, Vətəninə, dövlətinə, elinə-obasına bağlı bir övlad kimi böyümüş və fəaliyyət göstərmişdir. Biz valideynləri ağrıdan ən pis vəziyyət o olmuşdur ki, şəhid oğlumun 3 azyaşlı övladı öhdəmizdə qalmışdır. Kiçik nəvəmiz anadangəlmə ağciyər qüsuru ilə doğulmuşdur ki, onun müalicəsi hələlik Azərbaycanda yoxdur deyirlər.(içdiyi su onun birbaşa ağ ciyərinə axır və əziyyət verir) YAŞAT fondu da əlacsız olduğunu bildirir. Amma bütün bu əzab-əziyyətə dözməyə hazırıq.

Cənab Ali Baş Komandan və prezident İlham Əliyevdən qəsəbə sakinləri və şəhid anası olaraq çox xahiş edirik ki, şəhid oğlum Yalçının adının əbədiləşməsi üçün qəsəbəmizdə yenicə inşa edilən uşaq bağxçasına onun adının verilməsinə köməklik göstərsinlər”,-deyə məktubda qeyd olunub.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »