Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
"Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"

“Birinci döyüşçünün yanında onun döyüş yoldaşları, qazilər, keçmiş döyüşçülər olmalıdır”.

Bu fikirləri əməkdar jurnalist Mirşahin Ağayev, “Mir Şahinin Vaxtı” proqramındakı çıxışı zamanı bildirib. O, qeyd edib ki, müharibədən qayıdandan sonra onlar əvvəllki iş yerlərində bu dəfə daha böyük həvəslə, uğrunda vuruşduqları Azərbaycanın inkişafına işləməlidirlər.

“Unudulmamalıdır ki, döyüşçülər həm də qanun uğrunda döyüşüblər və qaziliyi, potensial şəhadəti məişətləşdirmək olmaz. İlk növbədə qazilər özləri buna yol verməməlidirlər”.

Vuruşmaq yalnız sədaqət və hünər təsdiqidir! İndi əsas iş keçmiş döyüşçülərin cəmiyyətə inteqrasiyasıdır! Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!

Daha ətraflı aşağıdakı videodan izləyə bilərsiniz:

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »