Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taliban müvəqqəti hökuməti Aİ-dən kömək istəyib
Taliban müvəqqəti hökuməti Aİ-dən kömək istəyib

Avropa İttifaqı (Aİ)  Əfqanıstandakı müvəqqəti Taliban hökuməti ilə Qətərin paytaxtı Dohada humanitar yardım, hava limanlarının açıq saxlanılması, qızların təhsili kimi müxtəlif mövzularda danışıqlar aparıb.

Bizimyol.info xəbər verir ki, həftəsonu baş tutan iki günlük danışıqlarda Aİ nümayəndə heyətinə Əfqanıstan üzrə xüsusi elçi Tomas Niklasson, Əfqanıstan nümayəndə heyətinə isə Taliban müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Emirhan Muttaki başçılıq edib.

Aİ Komissiyasının bəyanatında bu görüşün “Aİ-nin müvəqqəti Taliban hökumətini tanıması demək olmadığı” xüsusilə vurğulanıb.

Bəyanata görə, hər iki tərəf Əfqanıstanda hava limanlarının açıq saxlanmasının vacibliyini vurğulayıb. Müvəqqəti hökumət hava limanlarının fəaliyyətini davam etdirmək üçün Aİ-dən yardım istəyib.

Tərəflər həmçinin Əfqanıstanda humanitar vəziyyətin pisləşməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Aİ tərəfi əfqan xalqına humanitar yardım göstərmək niyyətini ifadə edərkən, müvəqqəti hökumətə dövlət işçilərinin aylardır ödənilməyən maaşlarını ödəmək öhdəliyini xatırladıb.

Humanitar yardımdan əlavə, Aİ beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları vasitəsilə təhsil və səhiyyə kimi sahələrdə birbaşa əfqan xalqının xeyrinə əhəmiyyətli maliyyə yardımı göstərmək istəyini çatdırıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »