Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
"Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"

Bu gün Azərbaycan Birinci Qarabağ müharibəsinin nəticələrinin aradan qaldırılması istiqamətində mühim işlər görür. Birinci Qarabağ müharibəsi zamanı məcburi köçkün düşən şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi konsepsiyası çərçivəsində, bu vaxtadək 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb və 103 yeni qəsəbə salınıb. Son illər ərzində məcburi köçkünlər arasında yoxsulluq həddi, 75 faizdən 12 faizədək azalıb. İndi isə, “Böyük qayıdış” proqramı istiqamətində işlər görülür.

“Böyük qayıdış” proqramı çərçivəsində işğal olunmuş ərazilərə dəymiş ziyanın dəqiq hesablanması, həm də işğal ərazilərinin azad olunmasından sonra bərpa və yenidənqurma işlərinə başlanılması nəzərdə tutulub. Bura minadan təmizləmə əməliyyatları, rayonlar üzrə ayrı-ayrılıqda dəymiş ziyanın və aparılacaq bərpa işlərinin yenidən qiymətləndirilməsi, infrastrukturun – yol, kommunikasiya qurğularının və s. – bərpası, yeni qəsəbələrin tikintisi daxildir. Son mərhələdə isə, məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesi təmin olunacaq və yeni iş yerlərinin yaradılması həyata keçiriləcək.

Elnur Azadov Elnur Azadov

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov qeyd edir ki, “Böyük Qayıdış” dünya miqyasında siyasi arenada Azərbaycanın atdığı ən böyük addımdır. “30 ilə yaxın bir müddət Beynəlxalq Təşkilatların qərarlarını, Minsk qrupu və bu kimi digər təşkilatların qərarlarını gözləyəndən sonra Azərbaycan sübut etdi ki, öz problemlərini həll etmək gücündədir. Aktiv əməliyyatlar zamanı aparılan strategiyanın dünya miqyasında olduğunu qeyd etmək olar. Bu gün yeni texnologiyalardan istifadə etməklə ən qısa zamanda bu kimi hərbi nailiyyətlərin əldə olunması həm strateji, həm hərbi ədalətin qorunması təmin edildi”,- deyə ekspert bildirir.

Onun sözlərinə görə, artıq ikinci mərhələyə - qaçqın və məcburi köçkünlərin köçürülməsi mərhələsinə başlanılıb. Məcburi köçkünlərin qismən qayıdışı təmin edilir. “Öz yurd-yuvalarından köçkün düşmüş şəxslərin hüquqları tam bərpa olunacaq. Onlar öz torpaqlarına qayıdacaqlar. Bu zaman siyasi ədalət də təmin edilmiş olacaq. Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək. Bilirsiniz, həmin kəndlərdə müasir texnologiyalardan istifadə ediləcək. Köçkünlər həmin qəsəbələrə qayıtdıqları zaman yeni texnologiyalardan istifadə edə biləcəklər”,- deyən ekspert bildirib ki, həmin ərazilərdə sənayenin, fərdi sahibkarlığın inkişafı da bərpa ediləcək.

“Ötən il cənab Prezident demişdi ki, bərpa işləri hər hansı bir nazirliyin istədiyi kimi deyil, planlı şəkildə olacaq. Bərpa işlərinin planlı şəkildə aparılması, kompleks tədbirlərin həyata keçirilməsində mühim bir rol oyanayacaq”,- deyə o bildirib.

Ekspertin fikrincə, gələcəkdə hə iki icmanın birgə yaşaması, sərhədlərin təyin edilməsi, sovet dövründə olan sərhədlərin bərpası, hazırda orada yaşayanların Azərbaycan vətəndaşına çevrilməsi və s. digər məsələlər mərhələli şəkildə öz əksini tapacaq: “Hazırda starateji planı bəllidir. İlkin vaxtlarda nə işlər aparılacaqsa, qismən bəllidir. Qalan işlərin aparılması isə proses zamanı bəlli olacaq”.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »