Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət lideri Saakaşviliyə dəstək aksiyasında saxlanılıb
Müxalifət lideri Saakaşviliyə dəstək aksiyasında saxlanılıb

Gürcüstan müxalifətinin liderlərindən biri Gigi Uqulava Tbilisi şəhər məhkəməsinin binası yaxınlığında eks-prezident Mixail Saakaşviliyə dəstək aksiyasında saxlanılıb.

Bizimyol.info xəbər verir ki, gürcüstanın Birinci Kanalnın verdiyi məlumata görə, Saakaşvilinin tərəfdarı eks-prezidentin məhkəməsinin keçirildiyi binanın qarşısına toplaşıblar. Təhlükəsizlik məqsədilə Gürcüstan Daxili İşlər Nazirliyinin müxtəlif bölmələri səfərbər edilib.

Aksiya zamanı polisə müqavimət göstərən bir neçə nəfər saxlanılıb. Gigi Uqulava bir neçə dəfə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə kobud davranıb, bundan sonra onu polis maşınına mindirərək ərazidən uzaqlaşdırıblar.

Tbilisi Şəhər Məhkəməsi önündəki etiraz aksiyasında vəziyyət polisin bir neçə etirazçını təhlükəsizlik postunu tərk etməyə məcbur etməsindən sonra gərginləşib. Binanın damında əllərində Gürcüstan, Ukrayna və ABŞ bayraqları olan iki nəfər aşağı enməkdən imtina ediblər.

Polis onları məcbur binanın damından endirdikdən sonra toplaşanlarla polis arasında gərginlik yaranıb. "TV Pirveli" xəbər verir ki, polis bibər qazından istifadə edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »