Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa Belarusu sərhəd hasarını dağıtmaqda ittiham edib
Polşa Belarusu sərhəd hasarını dağıtmaqda ittiham edib

Polşa sərhədçiləri belaruslu həmkarlarını sərhəd hasarını dağıtmaqda ittiham edirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə "rianovosti" məlumat verib.

"Belarus sərhəd xidməti demək olar ki, hər gecə, miqrantlar qeyri-qanuni olaraq Polşa tərəfinə keçə bilsinlər deyə, sərhəd hasarını dağıdırlar", - bunu Polşa Sərhəd Mühafizəsi "Twitter"də hesabında yazıb.

Qeyd olunur ki, ötən gecə Melnik ərazisində növbəti dəfə sərhədə hücum cəhdi baş verib. "33 əcnəbidən ibarət qrup Belarus təhlükəsizlik qüvvələrinin dəstəyi ilə sərhədi yararaq zorla olkə ərazisinə keçib", - deyə məlumatda bildirilir.

Sərhəd Mühafizəsinin məlumatına görə, son 24 saat ərzində Belarus-Polşa sərhədini qanunsuz keçməyə 92 cəhd qeydə alınıb.

Noyabr ayında Belarus və Polşa sərhədi yaxınlığında əksəriyyəti kürdlərdən ibarət miqrantlar qrupu gətirilib və onların sayı 2 min nəfərdən çox olub.

Belarus-Polşa sərhədində kortəbii olaraq iki min Yaxın Şərq qaçqın düşərgəsinin yaranması fonunda Polşa təhlükəsizlik işçilərinin sayını artırıb. Belarus Müdafiə Nazirliyi bildirib ki, Polşanın 23 min əsgər, tank, hava hücumundan müdafiə sistemləri və digər ağır silahları Belarusla sərhəd yaxınlığında cəmləşdirmək qərarını miqrasiya böhranına adekvat cavab adlandırmaq olmaz.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »