Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya bütün xarici qonaqlar üçün sərhədlərini bağlayır
Yaponiya bütün xarici qonaqlar üçün sərhədlərini bağlayır

Yaponiyada hökumət, koronavirusun daha yoluxucu olduğu bildirilən "Omikron" mutasiyası səbəbiylə sabahdan etibarən ölkə sərhədlərini bütün xarici vətəndaşlar üçün bağlamaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, "cnnturk"ün verdiyi məlumata görə, Cənubi Afrikada ortaya çıxan və daha yoluxucu olduğu düşünülən "Covid-19"un "B.1.1.529" mutasiyası Yaponiya hökumətini təşvişə salıb.

Yaponiyanın Baş naziri Fumio Kişida hökumətin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Omicron" adlandırdığı yeni mutasiya ilə bağlı tədbirlərini maksimuma çatdırılacağını vurğulayıb.

Sabahdan etibarən bütün xarici vətəndaşların ölkəyə girişinin dayandırılacağını açıqlayan Kişida, qərarın başqa bir tədbirin görülməsinə ehtiyac olana qədər qüvvədə qalacağını bildirib. Ölkəyə giriş qadağasının ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşları əhatə etməyəcəyi öyrənilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »