Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peruda 7,3 bal gücündə zəlzələ olub
Peruda 7,3 bal gücündə zəlzələ olub

Perunun şimalında baş verən 7,3 bal gücündə zəlzələ baş verdiyi bildirilib.

Bizimyol.info "cnnturk"ə istinadən xəbər verir ki, Perunun Barranka şəhərinin 45 kilometr şimalında və 80 kilometr dərinliyində baş verən zəlzələdə ilkin məlumata görə, 220 evin dağıldığı, 4 nəfərin yaralandığı bildirilib.

Peru Milli Mülki Müdafiə İnstitutundan verilən açıqlamada ziyan dəyən evlərdən 75-nin tamamilə dağıldığı, 81 evin isə yaşayış üçün yararsız hala düşdüyü qeyd edilib.

Zəlzələdə qəzalı vəziyyətə düşən binalar arasında 3 səhiyyə müəssisəsi, 7 ibadət yeri və bəzi şəhərlərarası yolların olması ilə yanaşı, bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr yarandığı açıqlanıb.

Bildirilib ki, ölkədəki bir çox qurum və təşkilata bağlı qruplar təcili yardım göstərmək və zərərin aradan qaldırılması üçün hadisə yerində birgə fəaliyyət göstərməyə başlayıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »