Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
“Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven

Türkiyə ilə Azərbaycanın qardaşlığı bölgə üçün yeni iqtisadi və strateji imkanlar deməkdir. Tanınmış Türkiyə yazarı Ahmet Öven hər dəfə yazılarında bu nüansı xüsusi vurğulayır. Qarabağ müharibəsinin nəticəsi xəyal kimi görünən bir çox layihələrin gerçəklik şansını ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, Ahmet Öven növbəti yazısında Türkiyənin ən yüksək dağı sayılan Ağrı dağının geosiyasi və geostrateji önəmindən bəhs edib. Yazar əvvəlcə Qarabağ müharibəsindəki uğurdan söz açıb.

Ahmet Öven Ahmet Öven

“Qafqaz torpaqlarına türk xalqlarının silinməz möhürü əbədi vurulub. Ermənistanın qisasçı işğalçılıq siyasəti dövlətlərimizin ərazi bütövlüyünü pozmaq xarakteri daşıyır. İmperialist dövlətlərin təxribatları ilə strateji məqsədlər, çirkin planlar irəli sürülür. Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi strategiyalarına uyğun olaraq paytaxt İrəvanda yerləşdirilən S-300 hava hücumundan müdafiə sistemləri həm qurudan, həm də havadan əməliyyatlar planı həyata keçirib, işğal olunmuş ərazilərə göndərilib. Amma Azərbaycanın şanlı ordusu Türkiyə İHA və SİHA-larının dəstəyi ilə Ermənistanı məğlubiyyətə uğradıb”.

Ahmet Öven yazır ki, Türkiyənin Azərbaycanla yerüstü birləşməsi Rusiya-İran-Ermənistan üçbucağında narahatlıq doğurur. Türkiyə Azərbaycandan keçməklə dəniz yolu ilə Türkmənistana, Qazaxıstana, başqa türk dövlətlərinə yetişə bilər.

“Dəniz marşrutunu, quruda dəmir yolu nəqliyyatını, o cümlədən, bu coğrafiyada enerji və mədən siyasətini effektiv şəkildə idarə edə bilmək hədəflərimizdən biri olacaq. Qarşılıq verə biləcəyimiz layihələr və strateji istiqamətlərlə yanaşı, nəqliyyat, enerji, mədən, ticarət, hərbi və kəşfiyyat hədəflərimiz olmalıdır. Bildiyiniz kimi, Ermənistanın Ağrı dağını öz torpaqlarına birləşdirmək və müxtəlif türk coğrafiyalarını işğal etmək planlarının olduğu açıq bir həqiqətdir. Təəssüflər olsun ki, biz xaricdəki Ermənistan diasporunun çirkin planlarına tam cavab verə bilmirik”.

Ahmet Öven yazının sonunda çox əhəmiyyətli məsələdən danışıb. O, Ağrı dağında Azərbaycan torpaqlarına təhlükə yaradan ünsürlərin qarşısını almaq üçün hava hücumundan müdafiə sisteminin formalaşdırılması planından söz açıb. Onun firkincə, burada hər iki dövlətin əsgərlərindən ibarət aviabaza yaradılmalıdır. Türkiyəli yazar bu planın həyata keçirilməsinin həm ölkəsinin, həm də Azərbaycanın maraqlarına xidmət etdiyini vurğulayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »